Polislərin maaşları artırılacaq
“Polislərin maaşının artırılmasına ehtiyac var”.
1xeber.media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə ümumi əməkhaqqılarının artırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqının artırılması nəzərdən keçiriləcək.
Qeyd edək ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılması təklifi ilə çıxış edib.