Aİ-nin müşahidə missiyası sərhəddən gedir?
Avropa İttifaqının “müşahidə missiyası”nın mandatı hələ uzadılmayıb.
1xeber.media publika.az-a istinadla xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur.
“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, – Aİ səfiri deyib.