Qunba Abxaziya prezidenti vəzifəsinin icrasına başlayıb
1xeber.media xəbər verir ki,Abxaziyanın vitse-prezidenti Badra Qunba respublika prezidentinin səlahiyyətlərini icra etməyə başladığını açıqlayıb. Abxaziya Prezidentinin mətbuat xidməti noyabrın 19-da özünün Telegram kanalında Qunbadan videomüraciət yayıb.
“Abxaziya Respublikasının Prezidenti Aslan Georgiyeviç Bjaniyanın istefası haqqında Abxaziya Respublikası Xalq Məclisinin qərarı ilə əlaqədar olaraq, mən Abxaziya Respublikasının konstitusiyasına uyğun olaraq, səlahiyyət və vəzifələri həyata keçirməyə başladım.
O əlavə edib ki, dövlətin qorunub saxlanılması və fəaliyyətinin təmin edilməsi üçün bütün dövlət orqanlarına və onların rəhbərlərinə öz funksiyalarını respublika qanunlarına uyğun yerinə yetirmək barədə tapşırıqlar verib.