“Vladimir Zelenskinin İstanbulda Rusiya ilə danışıqlar üçün heç bir “kozır”ı yoxdur”.
1xeber.media xəbər verir ki, bunu ukraynalı deputat Aleksandr Dubinski özünün "YouTube" kanalında bildirib.
"Əgər Zelenski ora əliboş getsə, Rusiyanın bütün şərtlərini qəbul etməli olacaq. Onun aparmağa heç bir şeyi yoxdur", - deyə o söyləyib.
Ukraynalı siyasətçi iddia edib ki, Avropanın Rusiyanı yeni sanksiyalar və müxtəlif ultimatumlarla hədələməkdə davam etməsinin səbəbi Kiyev liderinin məhv olmuş imicini hansısa yolla xilas etməkdir:
“Bunlar onun ora əliboş getməməsi üçün uydurulmuş saxta arqumentlərdir”.
Dubinski həmçinin bildirib ki, ABŞ Zelenskinin mümkün danışıqları sabotaj edə biləcəyi ehtimalından xəbərdardır və bu səbəbdən ABŞ prezidentinin xüsusi nümayəndələri Keyt Kelloq və Stiv Vitkoff Türkiyəyə göndərilib.