ABŞ prezidenti Donald Tramp lazım gələrsə, Ukrayna ilə bağlı danışıqlar üçün mayın 16-da İstanbula gəlməyə hazır olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, O, bu barədə mayın 15-də Dohada ABŞ və Qətərin biznes icmalarının nümayəndələri ilə görüşdə bildirib.
"Biz buna son qoymağa çalışacağıq. Getməyi düşünürəm, lakin bu gün və sabah gördüyümüz işlərə görə bu, çox çətindir. Amma bilirsiniz ki, əgər bir şey baş versəydi, uyğun olsa, cümə günü gedərdim", - Tramp bildirib.
O, Rusiya ilə Ukrayna arasında danışıqların “yaxşı gedəcəyinə” inanır.