1xeber.media xəbər verir ki, London polisi Böyük Britaniyanın baş naziri Key Starmerin evini yandırmaqda şübhəli bilinən daha bir şəxsi həbs edib.
"Şənbə günü, mayın 17-də Londonun Luton hava limanında 26 yaşlı kişi həbs edilib. Həbs üç insidentlə bağlıdır: mayın 8-də avtomobildə baş verən yanğın, mayın 11-də binanın girişində baş verən yanğın və mayın 12-də yaşayış binasında baş verən yanğın. Bütün hadisələr tanınmış ictimai xadimlə bağlıdır", - polis bildirib.
Qeyd olunur ki, şübhəli şəxs terrorla mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda polis bölməsindədir.
Bundan əvvəl Starmerin evi və avtomobili yandırılmışdı - yanğın törədənin ukraynalı olduğu güman edilirdi.