Türkiyədə kütləvi həbslər olub.
1xeber.media xəbər verir ki, İstanbulda keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun baş köməkçiləri də daxil olmaqla 49 məmur həbs edilib.
Xüsusən, keçmiş merin mühafizə rəisi, şəxsi katibi və iki mühüm bələdiyyə müəssisəsinin rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib.
Mühafizə rəisinin evində aparılan axtarış zamanı gizli seyf tapılıb.
İstanbul Baş Prokurorluğu bildirir ki, aprelin ortalarında İstanbul bələdiyyəsinin 40-a yaxın yüksək rütbəli məmuru həbs edilib.