Rusiya Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya Federasiyasındakı mülki hədəflərə hücumlarına “amansız və asimmetrik” cavab verəcək, Kiyev əməlindən peşman olacaq.
1xeber.media xəbər verir ki, bunu News.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
"Kiyevin istənilən terror aktına Moskvanın cavabı amansız və asimmetrik olmalıdır. Biz qisas almaq hüququnu özümüzdə saxlayırıq. Onlar terrorçudur Və peşman olacaqlar", - Çepa söz verib.
Daha əvvəl bildirilmişdi ki, bazar günü, iyunun 1-də Rusiyanın bir neçə regionu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hədəflər vurulub.