Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçirilən danışıqların ikinci raundunda müvəqqəti atəşkəslə bağlı Rusiyanın təklifini rədd edib.
1xeber.media xəbər verir ki, bu barədə Strana.ua Telegram-da məlumat yayıb.
Zelenski hərbçilərin cəsədlərinin toplanması üçün cəbhənin müəyyən ərazilərində müvəqqəti atəşkəs ideyasını şərh edib və Rusiya nümayəndə heyətinə cavab olaraq sərt danışıb. Onun sözlərinə görə, Kiyev hələ də qeyd-şərtsiz atəşkəsdə israr edir.
“Ona görə də mən çox istəyirəm ki, bizim amerikalı tərəfdaşlarımız Senata sanksiyalar paketi göndərsinlər”, - deyə siyasətçi əlavə edib.
Bundan əvvəl İstanbuldakı danışıqlardan sonra Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb, çünki guya Moskva sülhə nail olmaq istəmir.