Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Rusiyaya qarşı sanksiyaları, eləcə də mineral sövdələşməni müzakirə etmək üçün ABŞ-a səfər edib.
1xeber.media xəbər verir ki, müvafiq nəşr rəsminin Telegram kanalında yerləşdirilib.
"Biz müdafiə dəstəyi və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Sazişi də müzakirə etməyi planlaşdırırıq", - o yazıb.