Finlandiya bu ölkədə atəşkəs əldə olunsa belə, öz hərbi kontingentini Ukraynaya göndərməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 11-də Finlandiya prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
"Finlandiya hazırda Ukraynaya qoşun göndərməyi planlaşdırmır. Bizim işimiz əsasən Avropanın şimal-şərq hissəsində çəkindirməni təmin etməkdir", - o qeyd edib.
Eyni zamanda Stubb aydınlaşdırıb ki, o, ABŞ prezidenti Donald Trampdan hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqları davam etdirəcəyini gözləyir.