İsrail Müdafiə Qüvvələri (ÇAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.
1xeber.media xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat verib.
"İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı", - deyə məlumatda bildirilib.
ÇAXAL, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə də hazırlığı artırır. Bundan əlavə, Fələstin şəhərlərinin ətrafında kordon qurulur və bölgədə qüvvələrin mövcudluğu gücləndirilir.