Bu gun Bakıda "PASHA Holding"in təşkilatçılığı ilə daha bir möhtəşəm tədbir keçirilib.
1xeber.media xəbər verir ki "PASHA Holding"in təşkilatçılığı ilə keçirilən "Business Talks"da dayanıqlı maliyyələşmə üçün ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin vacibliyini vurğulanıb.
Bu prinsiplərin iqtisadiyyatda artan rolu, şirkətlərin effektiv idarə olunması və investisiya qərarlarına təsiri, iqlimlə bağlı maliyyə risklərinin düzgün qiymətləndirilməsi barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edənlər ESG prinsiplərinin tətbiqinin qlobal çağırışlar fonunda dayanıqlı və rəqabətqabiliyətli bisnesin qurulması üçün əsas şərtlərdən olduğunu vurğulayıblar.