İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsfahan şəhəri yaxınlığındakı nüvə obyektinə hava zərbəsi endirib.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq İsfahan yaxınlığındakı nüvə obyektinə hava zərbəsi endiriblər”, - deyə departament öz Telegram kanalında bildirib.
İDF bəyan edib ki, bu ərazidə nüvə silahı istehsalı üçün zəruri olan zənginləşdirilmiş uranın “yenidən çevrilməsi” prosesi gedir.