İran İsrailin hədəflərinə yeni raket hücumlarına başlayıb.
1xeber.media xəbər verir ki, bu haqda “Tasnim” məlumat yayıb.
Məlumata görə, İran tərəfindən azı 50 ballistik raket buraxılıb.
İsrail KİV xəbər verir ki, raketlər Təl-Əviv, Hayfa və Aşkelonu hədəf alıb. İranın hücumlarında hədəflər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı və Hadera elektrik stansiyası da olub.
Hazırda İsrailin bir çox ərazilərində sirenalar səslənir. Əhaliyə sığınacaqlarda qalmaq əmri verilib.