ABŞ Prezidenti Donald Tramp İsraillə bağlı sualları cavablandırıb.
1xeber.media xəbər verir ki, bu barədə o, Kanadada keçiriləcək G7 sammiti üçün Ağ Evdən çıxarkən danışıb.
“Düşünürəm ki, artıq razılaşmanın vaxtı çatıb. Nə baş verəcəyini görəcəyik. Amma bəzən onlar hər şeyi özləri həll etməlidirlər”, – Tramp bildirib.
O, jurnalistlərin “İranla razılaşma mövzusunda İsrailin Baş naziri Benyamin Netanyahu ilə eyni fikirdəsinizmi” sualına belə reaksiya verib:
“Netanyahu ilə yaxşı anlaşırıq. Məncə, bir-birimizə böyük hörmətimiz var”.
D.Tramp ABŞ-ın İsraili müdafiə etmək üçün lazım olanı edəcəyini bir daha vurğulayıb.