Kiyev məhkəmədən gizlənən Ukrayna məmurları və oliqarxları ilə bağlı problemin həllində Avstriyanın dəstəyinə ümid edir.
1xeber.media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ölkə prezidenti Aleksandr Van der Bellenlə görüşündən sonra öz Telegram kanalında deyib.
Bundan əlavə, o, münaqişə bitdikdən sonra ölkənin yenidən qurulmasında Avstriyanın köməyinə ümid etdiyini bildirib. İki ölkə prezidentləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin zəruriliyini də müzakirə ediblər.
“Biz ölkəmizin yenidən qurulmasında və Ukrayna ədalətindən gizlənən keçmiş ukraynalı məmurların və oliqarxların probleminin həllində Avstriyanın dəstəyinə ümid edirik”, - deyə Zelenski yazıb.
Ukrayna prezidenti iyunun 16-da Vyanaya səfər edib və burada Avstriya prezidenti Aleksandr Van der Bellen ilə görüşüb. Bu, onun Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri respublikaya ilk səfəri idi.