İsrailin İranın nüvə infrastrukturuna zərbələri regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.
1xeber.media xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov İranın Minskdəki səfiri Əlirza Sanei ilə görüşündə deyib.
“Belarus Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, münaqişənin güclü ssenarisi regional və beynəlxalq sabitlik və təhlükəsizliyə ciddi təhdid yaradır, xüsusən də İranın MAQATE-nin nəzarətində olan nüvə infrastrukturuna zərbələr ilə bağlı”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ İsrailin hərəkətlərini dayandırmasa, ölkə daha sərt addımlar ata bilər. Onun sözlərinə görə, bu halda İran İsrailin hücumlarına daha sərt cavab verməyə məcbur olacaq.