İranın hələ ki, nüvə silahı yoxdur, lakin ölkə bu silahı istənilən vaxt yarada bilər, çünki bunun üçün bütün imkanları var.
1xeber.media xəbər verir ki, bu fikirləri politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bazar ertəsi, iyunun 16-da deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ-ın siyasəti İranı nüvə bombası yaratmağa sövq edir.
Tarasov Lenta.Ru-ya müsahibəsində deyib: "İsrailin nüvə silahı var, İranın belə bir bombası yoxdur, lakin İran indi təzyiqlərə tab gətirsə, bomba yaratmağa məcbur olacaq".