Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz.
1xeber.media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz iyunun 25-də NATO-nun Haaqa sammitinin yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.
Süddeutsche Zeitung qəzeti onun sözlərindən sitat gətirir: "Bu münaqişənin hərbi yolla həlli olmayacaq".
Almaniya kansleri həmçinin ölkələri Rusiya Federasiyasına iqtisadi təzyiqləri artırmağa çağırıb. Merz xatırladıb ki, cümə axşamı, iyunun 26-da Avropa İttifaqı (Aİ) 18-ci anti-Rusiya sanksiyalar paketini qəbul etməyi planlaşdırır.