İsrail və İran arasında münaqişə həll olunub və tərəflərin bir-birinə qarşı hücumları bərpa etmək ehtimalı yoxdur.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində “The Washington Post” (WP) tərəfindən yayımlanan mətbuat konfransında deyib.
"Bizim İrana zərbələrimiz çox, çox uğurlu oldu. Düşünürəm ki, İran və İsrail arasında müharibə bitəcək. Düşünürəm ki, onlar bir-birinə qarşı hücumları bərpa edəcəklər, Amerikanın bu inanılmaz gücünü nümayiş etdirməsi sülhə və tarixi atəşkəs razılaşmasına yol açdı", - dövlət başçısı qeyd edib.