Dövlətə xəyanətdə ittiham olunan Fidan məhkəmə qarşısında
1xeber.media xəbər verir ki, Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 27-nə təyin edilib.
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
İttihama görə, F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.