Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynada münaqişə bitdikdən sonra Avropa Rusiya ilə əməkdaşlığı bərpa edə bilər.
1xeber.media xəbər verir ki, O, iyulun 8-də BBC Ukrayna xidmətinə müsahibəsində belə deyib.
"Bizim hansı alternativlərimiz var? Rusiya ilə Münaqişəni qeyri-müəyyən müddətə davam etdirmək? Belə yanaşma yəqin ki, hamımız üçün böyük insan itkilərinə və iqtisadiyyatlarımıza ciddi ziyan vura bilər. Biz istəyirik və hardansa başlamalıyıq", - prezident deyib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başa çatdıqdan sonra Avropa Rusiya ilə təhlükəsizlik məsələlərini, eləcə də “əvvəlki əməkdaşlıq və biznesi” müzakirə etməyə qayıda biləcək.