Rusiya Almaniya səfirliyinin SSRİ bayrağı ilə bağlı səhvinə reaksiya verib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
“Almaniya səfirliyinin SSRİ bayrağının təsviri ilə bağlı paylaşımı dəhşət və anti-tarixi saxtakarlıqdır”, – deyə o bildirib.
Qeyd edək ki, Almaniyanın Rusiyadakı səfirliyi Telegram kanalında SSRİ bayrağını səhv göstərdiyi üçün paylaşdığı xəritəni silib.
Sözügedən nəşrdə Almaniyanın İkinci Dünya müharibəsindən sonrakı bölünməsi əks olunmuşdu. Lakin xəritədə Sovet İttifaqının bayrağı tarixi variantdan fərqli şəkildə – qırmızı fonda, mərkəzdə ağ dairə içərisində çəkic və oraqla təqdim edilmişdi. Halbuki, rəsmi SSRİ bayrağında çəkic və oraq qızılı rəngdə olub bayrağın sol yuxarı küncündə yerləşirdi.