1xeber.media xəbər verir ki, CBS News-un Texas qubernatoru Qreq Abbotta istinadən verdiyi məlumata görə, Texasın mərkəzində güclü daşqınlar nəticəsində ölənlərin sayı ən azı 110 nəfərə çatıb, daha 170 nəfər itkin düşüb.
Kanal qubernatordan sitat gətirir: "Ən azı 110 nəfərin öldüyü təsdiqlənib, 170-dən çox adam isə itkin düşüb".
Abbottun sözlərinə görə, təkcə Kerr dairəsində 161 nəfər, ştatın digər əyalətlərində isə ən azı 10 nəfər itkin düşüb.