Krımda məqbul təhlükəsiz şərait yaradılan kimi hava limanı açılacaq.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 10-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, hava limanlarının açılması məsələsində nəzərə alınan əsas cəhət uçuşların və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir.
"Bunun üçün şərait yetişən kimi, təbii ki, Krım açılacaq", - Peskov brifinqdə deyib.