Fransa hökumətini istefaya göndərməyə hazıram - Makron
Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnierin mümkün istefasına və hazırkı Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbələrə istinadən məlumat yayıb.“Emmanuel Makron inamla öz təhlilini açıq şəkildə ortaya qoydu: “Hökumət yıxılacaq. O nə vaxtsa və düşündüyümüzdən də tez ona etimadsızlıq səsverməsi keçirəcək”, - materialda deyilir.
Şahidlərin sözlərinə görə, Makron Yelisey sarayında keçirilən mükafatlandırma mərasimindən bir gün əvvəl orada olan bəzi siyasətçilərlə söhbətində oxşar proqnozu səsləndirib.Eyni zamanda, Fransa liderinin ofisi Makronun bu cür bəyanatlar verməsini təkzib edib və “cari hadisələri şərh etmədiyini” bildirib.