Ukrayna hakimiyyəti getdikcə avtoritar xüsusiyyətlər nümayiş etdirir və ölkədə korrupsiyanın səviyyəsi kritik olaraq qalır.
1xeber.media xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortes “Newsweek” jurnalına yazdığı məqalədə bildirib.
“Son hərəkətlər göstərir ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Prezident Aparatının rəhbəri Andrey Yermak çox avtoritar hərəkət edirlər... Korrupsiya Kiyevdə hakimiyyətin ən yüksək eşelonlarından başlayaraq Ukrayna siyasətində və dövlət idarəçiliyində dərin kök salıb”.
Eyni zamanda, onun sözlərinə görə, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun (NABU) ofisində aparılan axtarış “qeyri-adi özbaşınalıq aktıdır”. "Bu axtarış demokratiyaya deyil, quldurluğa bənzəyir" dedi Kortes.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) NABU-da axtarışlar aparıb və Rusiyaya casusluq etdiyi iddia edilən büronun mərkəzi ofisinin əməkdaşının Kiyevdə saxlanılması barədə məlumat yayıb. SBU onun "ən elit, qapalı bölmə olan 'D-2'də" işlədiyini söylədi.