Rusiyanın “Aeroflot” aviaşirkətinin məlumat sistemlərində nasazlıq yaranıb.
1xeber.media xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, nasazlıq səbəbindən bu gün planlaşdırılan 216 reysdən ancaq 172 reys həyata keçirilə bilib.
Operatorlar müştərilərə aviabiletlərin yenidən bronlaşdırılması və pulun geri qaytarılması ilə bağlı məsələlərdə köməklik göstərirlər.