Aqrar Xidmətlər Agentliyi işçilər üçün xüsusi geyimlər alır — 145 min manatlıq tender
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tabeliyində olan mərkəzlərin işçiləri üçün xüsusi geyimlərin satın alınmasına qərar verib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, bu məqsədlə ayrılan vəsaitin həcmi 144.810,78 manat təşkil edir.
Satınalmanın məqsədi işçilərin sahə şəraitində təhlükəsiz və komfortlu fəaliyyəti üçün zəruri geyim və ləvazimatların təmin olunmasıdır. Alınacaq geyim və əşyalar arasında aşağıdakılar yer alır:
Dəst: şalvar və pencək
Əlcək
Kombinezonun altından geyinilən fumiqasiya gödəkçəsi (soyuq hava üçün)
Çəkmə
Birdəfəlik lateks əlcəklər
İlan sancmasından qoruyan qamaşlar (snake gaiter) və digər geyim vasitələri...
Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinin isə sədri Sərdar Hacıyevdir.