Moldovada Qaqauziya lideri Yevgeniya Qutsula qarşı çıxarılan hökm siyasi motivli qərar və siyasi rəqiblərə təzyiq nümunəsidir.
1xeber.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bəli, bu, həqiqətən də siyasi motivli qərarın nümunəsidir. Bu, seçki kampaniyası zamanı siyasi rəqiblərə açıq-aşkar və faktiki olaraq qeyri-qanuni təzyiq göstərmək cəhdlərinin nümunəsidir”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Moldova məhkəməsi Qaqauziya lideri Yevgeniya Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib.