Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.
1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, müvafiqsərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.