Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 54, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 95 yük maşını var.
Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 165-dir. Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobillərin sayı 2-dir.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.