Çində Rusiya prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla Alyaskada apardığı danışıqlardan sonra toxunan davranışını qeyd ediblər.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 18-də Çinin “Baijiahao” nəşri məlumat yayıb.
Danışıqlardan sonra Putin sovet pilotlarının Fort Riçardson qəbiristanlığına gedib və onların məzarları üzərinə gül dəstələri qoyub. Rusiya prezidenti öz hərəkətləri ilə Çini heyran edib, nəşr paylaşır.
Nəşrin analitikləri danışıqlardan sonra keçirilən mətbuat konfransında prezidentlərin davranışlarında ciddi fərq olduğunu da vurğulayıblar. Tramp çox yorğun görünürdü, Putin isə özünə inam və cazibədarlıq saçırdı.