Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu ölkəmizdə yeni səfir postuna təyin olunması münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, diplomatımız bu barədə özünün X səhifəsində yazıb.
"Sizi səmimi qəlbdən təbrik edirəm, əziz həmkarım Sofi Laqut. Ümidvaram ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək", - deyə o qeyd edib.
Fransalı diplomat isə azərbaycanlı həmkarına xoş qarşılaması üçün təşəkkür edib: "Bakıya gələcək missiyama hazırlıqla bağlı apardığımız müzakirələrə görə təşəkkür edirəm.
İki ölkə arasında əlaqələri gücləndirmək üçün tezliklə müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm!"