Suriyanın sabiq Prezidenti Bəşər Əsədin Moskvada zəhərləndiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) məlumat yayıb.
Məlumata görə, Əsədin vəziyyəti hazırda sabitdir.
SOHR-un iddiasına əsasən, o, sentyabrın 29-da Moskvanın kənarındakı xəstəxanadan evə buraxılıb. Onun müalicə dövründə yalnız qardaşı Məhər Əsəd və keçmiş prezident işləri üzrə baş katib Mənsur Əzzamla təmasda olmasına icazə verilib.