Oktyabrın 9-da Vətən müharibəsi şəhidi İsmayılzadə Zaur Nizami oğlunun anım günü keçirilib.
1xeber.media xəbər verir ki, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib.
Şəhidin İstisu qəsəbəsindəki qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib. Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.