Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün Tolyatti-Odessa ammonyak kəmərinin qolunu minalayıb və partladıb.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 9-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin bölmələrinin irəliləyişini ləngitmək üçün Ukrayna Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının RUSİN YAR kəndindən 2,5 km şərqdə Tolyatti-Odessa ammonyak kəmərinin qolunu minalayıblar”, - deyə məlumatda bildirilir.
Nazirlik aydınlaşdırıb ki, kəmərin partlaması nəticəsində zədələnmiş hissədən ammiak qalıqları buraxılıb. Rusiya hərbçiləri arasında itki yoxdur.