Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində cinayət işi açılıb və barəsində ev dustaqlığı qətiimkan tədbiri seçilib.
Bu hadisədən sonra bir çox millət vəkil, ictimai xadim, jurnalist Ramiz Mehdiyev haqda tənqidi fikirlərini bölüşüb.
1xeber.media xəbər verir ki,AZXEBER.COM vaxtilə Ramiz Mehdiyev tərəfindən məhkəməyə verilən deputatlardan olan Eldar Quliyev ilə əlaqə saxlayıb.
O bildirib ki, Ramiz Mehdiyev haqqında heç nə deyə bilməz:
"Mən onun haqqında heç nə deyə bilmərəm. İstintaqın sonunu gözləmək lazımdır. Onunla bağlı fikri istintaq və məhkəmə bildirməlidir. Sadəcə onu deyə bilərəm ki, uzun illər dövlət qulluğunda çalışıb və təqaüdə çıxıb”.