Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirməklə hədələyib.
1xeber.media xəbər verir ki, bu barədə Telegram-da Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
"Biz müəyyən müddət ərzində uzaq məsafədən zərbələrimizin effektivliyini və əldə edilmiş nəticələri təhlil etdik. Biz uzaqmənzilli zərbələrimizin coğrafi miqyasını genişləndirmək üçün tapşırıqlar müəyyən etdik", - məlumatda deyilir.
Görüş zamanı Zelenskiyə Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri ilə bağlı hesabat da təqdim edilib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, “Madjar” çağırış işarəsi olan Robert Brovdi Belqorod su anbarının bəndinə endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb. O, Ukraynanın hücumu nəticəsində obyektin zədələndiyini bildirib.
















