Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ödənişli olması nəzərdə tutulub.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun üçün ödənişsiz alternativ yol da çəkilib:
"Alternativ yol Horadiz-Cəbrayıl-Zəngilan ərazisindən keçir. Yol ikinci texniki dərəcəyə uyğun olaraq artıq istismara verilib".

















