Nəsimi Rayon Məhkəməsi ləğv edilmiş Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının oğlu Əhəd Pənahlı barəsində qərar verib.
1xeber.media Pravda.az-a istinadən xəbər verir ki, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən iclasda elan edilən qərarla Ə.Pənahlıya ilə bağlı çıxarılan inzibati tənbeh tətbiqi qüvvədə saxlanılıb.
Xatırlatma: Protokol Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.