1xəbər.media xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı planını rəsmi kanallar vasitəsilə qəbul etməyib.
"Bizdə var, lakin qeyri-rəsmi kanallar vasitəsilə. O, rəsmi olaraq bizə təhvil verilməyib, lakin biz prezident [Vladimir Putinin] dediyi kimi, sənədin konkret mətnini müzakirə etməyə hazırıq", - diplomat qeyd edib.
Lavrov qeyd edib ki, sənəd Rusiya tərəfi üçün aydınlaşdırma tələb edən “bir sıra suallar doğurur”. Bununla belə, o, əlavə edib ki, Moskva Vaşinqtondan “Ukraynaya dair sülh planının medianın spekulyasiya etdiyi versiyasını” almayıb.















