Ukrayna 2025-ci ilin sonuna qədər atəşkəsin əldə olunmasını gözləyir.
1xeber.media xəbər verir ki, Bunu Əl-Cəzirə telekanalında Ukrayna Prezident Aparatının (PO) rəhbəri Vladimir Zelenskinin müşaviri Oleksandr Bevz deyib.
“Bu davam edən sülh prosesinin amerikalıların təklif etdiyi kimi, bu ilin sonuna kimi həqiqətən də sülhə və atəşkəsə doğru bir addım olması çox vacibdir” dedi.
Bevz vurğulayıb ki, həm Vaşinqton, həm də Kiyev bu məsələdə “konstruktiv mövqe” saxlayır və mühüm irəliləyiş əldə olunub. O, həmçinin bildirib ki, Amerika tərəfinin təklif etdiyi sülh planı hazırda “Ukraynanın təklifləri nəzərə alınmaqla tənzimlənir”.















