Suriya Prezidenti Bəşər Əsədi daşıyan Rusiyanın İL-76T yük təyyarəsinin qəzaya uğradığı iddia edilir.
1xeber.media axar.az istinadən xəbər verir ki, bu barədə "Suriya Nyus" nəşri məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Dəməşqi tərk edərək naməlum istiqamətə, ehtimal ki, Rusiyaya doğru yola düşüb. Daha sonra təyyarə yalnız bir neçə dəqiqə ərzində Akkarın şimalında Livanın hava məkanından kənarda 12,000 fut yüksəklikdən 3,500 fut yüksəkliyə qədər aşağı düşüb.