Fransanın sağçı "Patriots" partiyasının rəhbəri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək qərarını tənqid edib.
1xeber.media xəbər verir ki, O, öz fikirlərini X sosial media platformasında paylaşıb.
"Bu, bizi Rusiya ilə birbaşa münaqişəyə aparacaq təmiz dəlilikdir; bu, tam bir fəlakətdir", - deyə siyasətçi vurğulayıb.
O, Parisin "Barkhane" əməliyyatı zamanı daha az qoşun yerləşdirdiyini qeyd edib. Filippot Makronun impiçmentinə çağırıb.
Daha əvvəl Fransa və Böyük Britaniyanın Ukraynaya 15 minə qədər qoşun göndərməyə hazırlaşdığı bildirilirdi. Qoşunlara texnikaya xidmət göstərmək, Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək və müdafiə infrastrukturu qurmaq tapşırığı verildiyi bildirilir.

















