Bildiyiniz kimi hər gün ayrı -ayrı nömrələrdən zənglər edib, insanların şəxsi həyatına müdaxilə edərək, onların məlumatlarının oğurlanması ilə bağlı minlərlə şikayətlər olunur. Bir neçə gün öncə məlum olub ki, belə "çağrı" mərkəzlərindən biri Rusiyada yerləşib.
1xeber.media xəbər verir ki, Rusiyada qurulan böyük "çağrı" mərkəzinə polis əməliyyatı təşkil olunub. Anidən mərkəzin yerləşdiyi binaya daxil olan təhlükəsizlik qüvvələri orada olan hər kəsi zərərsizləşdiriblər.
Olayla bağlı polisin verdiyi məlumata görə, 50 ölkədə minlərlə insanı aldadaraq pul qazanmaq məqsədilə qurulmuş "çağrı" mərkəzlə bağlı çoxsaylı şikayətlərdən sonra əməliyyat keçirilib.
Çağrı mərkəzinin rəhbərliyi və işçiləri polis idarəsinə aparılıb, izahatları alınıb, saxlanılıblar.
Məlumatda qeyd olunur ki, hal-hazırda istintaqçılar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
İctimaiyyətə geniş məlumat veriləcəkdir.