934 mərhum jurnalistin şərəfinə ABŞ-də Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuş azərbaycanlı jurnalist Fərhad Kərimovun (1948-1995) sabah doğum günüdür.
1xeber.media xəbər verir ki,bu barədə jurnalist Anar Tağıyev özünün facebook səhifəsində paylaşım edib
Fərhad ərimov 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlayıb. Həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olub.
Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırıb.
1995-ci il mayın 21-də Çeçenistanda naməlum şəraitdə güllələnərək həlak olub. Meyitini mayın 22-də yerli sakinlər tapıb. Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunub. Yalnız üç il sonra Fərhad Kərimovun dostlarının köməyilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının məzarı yanında yenidən torpağa tapşırılıb.