Münxen Təhlükəsizlik Konfransında təxribat törətməyə çalışarkən I Vitse-Prezident Mehriban Əliyevanın sərrast və tutarlı cavabı ilə biabırçı vəziyyətə düşən antimilli jurnalist Emin Hüseynov yeni bir rüsvayçı açıqlama ilə çıxış edib.
1xeber.media Azərbaycan 24 -ə istinadla xəbər verir ki, qadın paltarında səfirlikdə gizlənməsi ilə bağlı məsələyə cavab verməyə çalışan Emin özünü daha da pis vəziyyətə salıb.
O, video çıxışında bu məsələdən utanmadığını bildirərək özünə haqq qazandırmağa çalışıb və hətta Mustafa Kamal Atatürkün də vaxtilə xilas olmaq üçün qadın paltarı geyindiyini iddia edib.
Qeyd edək ki, bəzi qeyri-ciddi iddialar xaric tarixi faktlarda bu cür məlumat yoxdur və bütün bunlar Hüseynovun düşdüyü rüsvayçı haldan özünü çıxarmaq üçün daha bir uğursuz cəhdi hesab edilə bilər.

















