Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev Ukrayna hakimiyyəti üçün Benito Mussolini və Adolf Hitlerin taleyini proqnozlaşdırıb.
1xeber.media xəbər verir ki, Şəxsi Telegram kanalında yayımlanan videoda o, bu tarixi şəxsiyyətlərin siyasətinin nəticəsinin Kiyev üçün bariz nümunə olduğunu qeyd edib.
"Benito Mussolini və Adolf Hitlerin taleyi, sonradan Sovet İttifaqı tərəfindən mühakimə olunan, məhkum edilən və bir çox hallarda edam edilənlərin taleyi tamamilə bariz nümunədir", - deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, bəzi Ukrayna siyasətçiləri üçün hərbi əməliyyatların davam etdirilməsi onların ömrünü uzatmaq deməkdir. Üstəlik, münaqişə bitdikdən sonra onlar ya ölkədən qaçmalı, ya da öz xalqlarının əlində ölməli olacaqlar.
Daha əvvəl Medvedev Rusiyanın Ukrayna ilə danışıqlarla bağlı mövqeyinə münasibət bildirib. O, qeyd edib ki, Moskva diplomatik dialoq zamanı ərazi tələbləri irəli sürüb.

















